Azedu.az

Bəzi müəllimlər dərsini boş keçib, şagirdi hazırlığa çağırır

Repetitor

1 Oktyabr 2024, 09:52
Bəzi müəllimlər dərsini boş keçib, şagirdi hazırlığa çağırır

“Nazirlik tərəfindən verilən plana uyğun dərsini keçməyən, dərs saatlarında boş-boş əməllərlə məşğul olan müəllimdən çox bu millətə heç kim ziyan verə bilməz”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

Ekspert bildirib ki, bu mövzu ilə bağlı ümumiyyətlə valideynlərdən şikayətlər gəlir:

 

“Onlar qeyd edirlər ki, bəzi müəllimlər var ki, dərsinə layqeyd yanaşırlar. Düzdür, biz bunu bütün müəllimlərə şamil etmirik, elə müəllimlər var ki, dərslərini haqqı ilə keçirlər. İstər tədris prosesində, istərsə də fərdi tapşırıqların yoxlanılmasında və s.

Müəllimlərin dərslərinə laqeyd yanaşmasının bir neçə səbəbi var. Hətta valideynlər tərəfindən söylənilir ki, bəzi müəllimlər sinifdə dərs keçməyib, şagirdi yanına hazırlığa cəlb edir. Direktorların belə bu məsələyə qarışdığı, fərdi hazırlığa görə müəllimlərdən müəyyən qədər məvacib aldıqları da müzakirə edilir. Bu həqiqətəndə biyabırçılıqdır. Bu cür müəllimlər, rəhbərlər dövlətə, cəmiyyətə, gəncliyə zərər verməkdən başqa bir iş görmürlər”.

 

Həmsöhbətimiz vurğulayıb ki, hər hansı bir müəllim öz dərs keçdiyi şagirdini yanına repetitor olaraq əlavə maddi dəstək kimi çağırırsa, o müəllim düzgün addım atmır:

 

“Müəllimlərə Elm və Təhsil Nazirliyi tərəfindən tədris proqramı təqdim olunub və dərs saatı verilir. Dərs saatı ərzində müəllim həmin tədris proqramını şagirdə çatdırmağa qadirdir. Yəni müəllimin başqa bir alternativi yoxdur. Bunun qarşılığını da maddi olaraq dövlət onları təmin edir.

Bir valideyn qeyd edir ki, müəllim aylarla uşağa dərs keçmirdi və telefonla məşğul olurdu. Daha sonra valideynlər həmin müəllimi şikayət ediblər. Hətta valideynlərin bir qismi məcburiyyət qarşılığında şagirdi başqa repetitor yanına göndərirlər. Bu hərəkət də bəzi müəllimlərə xoş təsir etmir.

Hesab edirəm ki, hər hansı bir müəllim öz dərs keçdiyi şagirdini repetitor olaraq əlavə maddi dəstək kimi yanına çağırırsa, o müəllim düzgün addım atmır. Bu hərəkət heç də etik deyil. Çünki gənclərimizi məhvə aparır. Ona görə də bu cür müəllimlərin müəyyən edilib və kənarlaşdırılmasının tərəfdarıyam”.

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox