Azedu.az

“Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir

Məktəblər

30 Sentyabr 2024, 16:41
“Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində "dəyirmi masa"lar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminar və müsabiqələrin keçirilməsi, məktəblərdə ekoloji guşələrin yaradılması, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, noyabr ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox