Azedu.az

Naxçıvanda direktorların işə qəbulu üzrə imtahan keçiriləcək

30 Sentyabr 2024, 15:25
Naxçıvanda direktorların işə qəbulu üzrə imtahan keçiriləcək

Naxçıvanda direktor vəzifəsi üçün test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində  fəaliyyət göstərən və  şagird sayı 151-500 nəfər arasında olan ümumi təhsil müəssislərində vakant direktor vəzifəsi üçün direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

İmtahan saat 9:00-da Naxçıvan şəhər  4 nömrəli tam orta məktəbdə keçiriləcək. 

İmtahanda iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox