Azedu.az

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı konfrans keçirilib

Xəbərlər

30 Sentyabr 2024, 12:32
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı konfrans keçirilib

2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı təşkil olunub.

AzEdu.az APA-ya istinadən  xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə keçiriləcək sərgidə 4 qitəni təmsil edən 18 ölkədən (Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili, Monqolustan) 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova konfrans barədə mətbuat nümayəndələrinə məlumat verib.

Konfransda çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan sərgidə iştirak edəcək xarici nəşriyyat və təşkilatlar arasında “The Replika Publishing and Printing”, “Çikolata Yayınları”, “Kayıhan Yayıncılık”, “Phoenix Publishing & Media Group”, “East China Normal University Press Itd.”, “Phoenix Fine Arts Publishing Ltd.”, “Veritas and Mercurius Publishing Itd.”, “UMBUM” və digərlərinin adları var.

Bildirilib ki, Dünya şöhrətli irland yazar Con Boyn və Vulf Dorn sərginin fəxri qonaqlarıdır.

Eyni zamanda, sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edəcəklər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.

Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu bu cür sərgilərin əhəmiyyətindən söhbət açıb. O qeyd edib ki, yerli qələm adamlarının karyerası üçün kitab sərgisinin geniş işıqlandırılması və aktivlik vacib məqamlardan biridir.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ölkədəki kitab sənayesinin mövzud vəziyyəti barədə fikirlərini bölüşüb. O, kitabın, mütaliənin bir cəmiyyət üçün nə dərəcədə zəruri olduğunu qeyd edib, bildirib ki, hamılıqla Azərbaycanda kitaba həvəsi artırmaq lazımdır və kitaba sərgisinin təşkili bu istiqamətdə atılan uğurlu addımdır.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox