Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari vəzifəsindən istefa verib.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Giorgi Amilaxvari keçirdiyi brifinqdə məlumat verib.
O, istefasının səbəbləri barədə açıqlama verməyib. Bildirib ki, bundan sonra o, özəl sektorda çalışacaq.
Qeyd edək ki, Giorgi Amilaxvari Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsinə 2023-cü il martın 20-də təyin edilmişdi. Bundan əvvəl isə o, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından deputat olub.