Azedu.az

Bayram ayinində faciə - 37 uşaq boğuldu

Xəbərlər

28 Sentyabr 2024, 09:02
Bayram ayinində faciə - 37 uşaq boğuldu

Hindistanın Bihar ştatında "Jivitputrika" festivalı zamanı azı 43 nəfər, o cümlədən 37 uşaq boğulub, daha üç nəfər itkin düşüb.

AzEdu.az-ın məlumatına görə, bu barədə Biharın Fövqəladə Hallarla Mübarizə Departamentinin nümayəndələri jurnalistlərə məlumat veriblər.

Bildirilir ki, insanlar festival zamanı ştatın müxtəlif yerlərində çaylarda və göllərdə müqəddəs yuyunma mərasimləri zamanı həlak olublar.

"Hazırda ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatı davam edir", - deyə departamentdən bildirilib.

Faciəli hadisələr ştatın 15 rayonunda qeydə alınıb.

"Jivitputrika" - Biharda ən böyük festivallardan biridir. Bu zaman hindistanlı qadınlar övladlarının rifahı naminə oruc tutur və su hövzələrində müqəddəs yuyunma mərasimləri həyata keçirirlər. Bir qayda olaraq, qadınlar dini mərasimə öz uşaqlarını da aparırlar.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox