Dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri sayılan Kembric Universitetində bir ilk yaşanıb.
AzEDU.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kembric Universitetinin xarici dillər fakültəsində ilk dəfə Türk dilinin tədrisinə başlanıb.
Universitetlə əməkdaşlıq edən Yunis Əmrə İnstitutunun London üzrə direktoru dr.Mehmet Karakuş verdiyi açıqlamada, bunun Kembric Universitetində ilk dəfə baş verdiyini vurğulayıb.
Ötən illərdə "British Counsel" tərəfindən aparılmış araşdırmaya əsasən, növbəti iyirmi ilin ən önəmli dilləri arasında türkcə ilk onluqda idi. Hazırda bu dilə dünyanın çox yerində olduğu kimi, İngiltərədə də maraq artır. Bu baxımdan türk dilinin tədrisinin önəmli olduğunu vurğulayan Dr. Mehmet Karakuş, növbəti dəfələrdə türkcənin tədrisinə başqa dünya universitetlərində də başlanılacağını vurğulayıb:
“Kembric Universitetində bu günədək Türk dilinə maraq güclü olub. Xüsusilə də tarix, iqtisadiyyat, yaxın şərq fakültələrinin tələbələri, akademiklər dilimizə maraq göstərirlər. Kembric Universitetində bu dərslərin davam etməsini çox əhəmiyyətli hesab edirəm. Hazırda Dublində Yunus Əmrə İnstitutunun fəaliyyət göstərməsi üçün işlər görürük".
Lamiyə Süleymanlı