Bu gün ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Bununla bağlı təhsil müəssisələrində dərslər Anım Gününə həsr olunur.
AzEdu.az xəbər verir ki, Emin Əliyev adına 234 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim, "Örnək müəllim" Kəmalə Əliyeva 8b və 11a sinfində Anım Günü ilə əlaqədar xüsusi dərslər aparıb.
11a sinfində "Şəhidlər ölməz, Vətən bölünməz" mövzusunda sinif saatı keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qəhrəmanlara hörmət və məhəbbət dolu çıxışlar dinlənilib.