AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
27 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
27-si Azərbaycanda Anım Günüdür:
Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
27 sentyabr 1922-ci ildə Anadolunu işğal etmək üçün Türk ordusuna qarşı başlatdığı müharibədə məğlub olan yunan kralı I Konstantin taxtını tərk etdi. Konstantinin yerinə oğlu Yorqos Yunanıstan kralı oldu.
27 Sentyabr 2020-ci ildə Vətən müharibəsi qəhrəmanları Ceyhun Həsənov, Elçin Mansurov və Faiq Qasımov şəhidlik zirvəsinə ucalıblar.
27 sentyabr 2012-ci ildə Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev vəfat edib. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.