Azedu.az

Rus bölmələri: “Dil öyrənmək üçün məktəbə yox, kursa getsinlər”

26 Sentyabr 2024, 12:28
Rus bölmələri: “Dil öyrənmək üçün məktəbə yox, kursa getsinlər”

Müşahidələrə əsasən ali məktəblərə rus bölməsi üzrə sənəd verənlərin sayı bu il əvvəlki illərə nisbətən azalıb.

 

Rus bölməsi üzrə qəbul sayının ildən-ilə azalmasına səbəb nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev qeyd edib ki, bu say azlığı valideynlərin maariflənməsindən irəli gəlir: 

 

“İllər əvvəl valideynlər övladlarını daha çox rus bölməsində təhsil almasına üstünlük verirdilər. Bunu həm rus dilini daha yaxşı mənimsəmələrinə görə, həm də gələcəkdə ali məktəblərin rus bölmələrinə daha rahat qəbul olunsunlar deyə edirdilər. Çünki rus bölməsində universitetə qəbul zamanı keçid balı azərbaycan bölməsinə nisbətən az olurdu.

 

Amma biz görürdük ki, həmin ailələr heç özləri rus dilində bilmir, danışmırlar. Öz istəklərinə uyğun övladlarını rus bölməsində təhsilə cəlb edirlər. Sonda isə onların nəticələri qənaətbəxş olmur”.

 

Ekspert vurğulayıb ki, məktəbə qəbul qaydaları dəyişdikdən sonra, rus bölməsinə sənəd verənlərin sayı azalmağa doğru gedib:

 

Çünki artıq ümumtəhsil müəssisələrində rus bölməsinə qəbul müsahibə yolu ilə aparılır. Mütəxəssislər uşaqlarla müəyyən danışıqlar aparır. Daha sonra isə onların cavablarına uyğun qərar qəbul edilir”.

 

A.Vəliyevin qeyd edib ki, valideynlər övladlarının dil öyrənməsini istəyirlərsə, müvafiq kurslara göndərə bilərlər:

 

Rus bölməsi üzrə kifayət qədər məktəb var. Həmçinin, universitetlərdə də müvafiq ixtisasların rus bölmələri mövcuddur. Kimsə xarici dil kimi rus, ingilis və ya başqa dil öyrənmək istəyirsə, həmin dilli məktəblərdə təhsil alması vacib deyil. Bunun üçün müxtəlif kurslara gedə bilərlər”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox