Azedu.az

"Yaşıl SAF 2024" layihəsinə regionlar üzrə 348 komanda qeydiyyatdan keçib

Xəbərlər

26 Sentyabr 2024, 11:17
"Yaşıl SAF 2024" layihəsinə regionlar üzrə 348 komanda qeydiyyatdan keçib

“Yaşıl STEAM Azərbaycan” festivalında iştirakçıların 35%-i Bakı şagirdlərinin payına düşür. 

AzEdu.az xəbər verir ki, bunu "Beynəlxalq Yaşıl STEAM Azərbaycan" festivalının keçirilməsi ilə əlaqədar baş tutan brifinqdə STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

O, bildirib ki, hər il STEAM Azərbaycan festivalı dekabrda keçirilirdi, lakin bu il COP29 kimi əhəmiyyətli tədbir olacağı üçün festivalın oktyabr ayında olması planlaşdırılır:

""Yaşıl SAF 2024" layihəsinə regionlar üzrə 348 komanda qeydiyyatdan keçib. Komandaların sayı Bakı üzrə 223-dür. 54 xarici komanda da layihə üzrə qeydiyyatdan keçib.

STEAM Azərbaycan festivalından ümumilikdə 2500 nəfər qeydiyyata alınıb.

İstər məktəbliləri, istər tələbələri prosesə cəlb etmək üçün tədbir müstəsna əhəmiyyət kəsb edir. Xarici ölkələr arasında Özbəkistan və Qırğızıstan da yer alır.

Məktəblərlə yanaşı Azərbaycanda 30-dan çox STEAM mərkəzləri mövcuddur. İşğaldan azad olunmuş bölgələr istisna olmaqla, digər bölgələrdəki STEAM mərkəzləri fəaliyyət göstərir".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox