Azedu.az

Ortaq əlifbanın yaradılması türk dövlətlərinə nə vəd edir?

Xəbərlər

26 Sentyabr 2024, 09:24
Ortaq əlifbanın yaradılması türk dövlətlərinə nə vəd edir?

Xəbər verdiyimiz kimi, sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası öz işini uğurla başa çatdırıb. Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub.

 

Maraqlıdır, Türk Dünyası Ortaq Əlifbasının yaradılması ilə türk dilli dövlətlərlə əlaqələrimizin genişləndirilməsində nə kimi təsiri olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, belə bir yeniliyi məmnunluqla qarşılayaraq, bunun ümumtürk birliyinə, əlifba və dil birliyinə böyük töhfə olacağı qənaətində olanlar olsa da bu əlifbanın bütün türk dövlətləri tərəfindən qəbul olunub-olunmaması zamana bağlı olan məsələdir:

Nadir İsrafilov: “Zəfər tarixi” kursunun tədrisinə başlanılması tarixi həqiqətlərin gənclərimizə çatdırılmasında mühüm rol oynayacaq

“Yəqin, çoxları xatırlamamış deyillər ki,10 ildən artıq bir müddətdə müzakirə obyekti olan digər bir məsələ nəhayət 2021 ci ildə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanmışdı.

 

Bununla belə müəyyən fərqlilik üzündən ortaq dərsliklərin yaradılması ilə 4 ölkə razılaşmışdı. O ki, qaldı mənim subyektiv mövqeyimə, mən əlifbanın tez- tez dəyişməsinin o qədər də tərəfdarı deyiləm. Kiril əlifbasından latın əlifbasına keçidin bizə nəyə başa gəldiyini yaxşı xatırlayıram,

 

Hələ ərəb əlifbasından kirilə keçidi bir yana qalsın. Dərsliklər, bütövlükdə kitabxana fondu, yazılı və elektron media yenilənməlidir, Buna adaptasiya olunmaq da məsələnin bir tərəfi. Digər bir məsələ Türkiyədə də latın qrafikası əsasında formalaşmış əlifbadan istifadə olunsa da hələ bir neçə türk dövləti latınla kirili paralel işlətməkdədir, bir yandan da hələ də latına keçməyən türk dövləti var.

 

Təklif olunan əlifbanın hər bir hərfi türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edəcəksə, bu sözlərin tələffüzünə də təsirsiz ötüşməyəcək. Məsələn, Türkiyədə “ə” səsi var, amma qrafik işarəsi yoxdur. Və yaxud “x” hərfi, Türkiyə əlifbasında yoxdur və s. Bu gün bizim həllini gözləyən daha təxirəsalınmaz vəzifələrimiz var Bir-iki hərf və söz və tələffüz fərqi, türkdilli dövlətlərlə əməkdaşlığımıza, qardaş Türkiyə ilə birliyimizə mane ola bilməz”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox