Azedu.az

“Tarixdə bu gün”- 26 sentyabr...

Rubrika

26 Sentyabr 2024, 08:58
“Tarixdə bu gün”- 26 sentyabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

26 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

26 sentyabr Avropa Dilləri Günüdür:

 

Bu təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.

 

Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır.

 

Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox yayılmış dillər - rus, alman, türk, ingilis, fransız, italyan dilləridir.

 

26 sentyabr 1887-ci ildə Tomas Edison ilk fonoqrafı patentləşdirib.  

 

26 sentyabr Azərbaycanın dünyaşöhrətli müğənnisi, lirik-dramatik tenor Bülbülün xatirə günüdür:

 

Əsl adı Murtuza Məmmədov olan müğənni 1897-ci ildə Qarabağın mərkəzi Şuşa şəhərində anadan olub. Bülbül Bakı konservatoriyasını bitirib İtaliyada vokal təhsili alan ilk azərbaycanlıdır. 

 

Geniş diapazonlu, gözəl axıcı səsi olan müğənni həm də böyük aktyorluq istedadına malik idi.

 

O, Azərbaycan Opera və Balet Teatrının səhnəsində onlarca bənzərsiz obrazlar yaradıb. Təbii ki, bunların zirvəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Koroğlunun partiyası durur.

 

Bakıda konservatoriya nəzdindəki orta ixtisas musiqi məktəbi Bülbülün adını daşıyır. 

 

1932-ci ilin 26 sentyabrında Türkiyənin İstanbul şəhərinin Dolmabahçe sarayında İlk Türk Dili Qurultayı keçirildi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox