Azedu.az

Bu rektor işdən ÇIXARILACAQ

25 Sentyabr 2024, 14:20
Bu rektor işdən ÇIXARILACAQ

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov vəzifəsindən azad ediləcək.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb onun deputat seçilməsidir.

Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib. O, Ali Məclisdə 7 saylı Xanlıqlar seçki dairəsini təmsil edəcək.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin deputatları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

Qeyd edək ki, Azad Novruzov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin olunub.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox