Gəncədə itkin düşən yeniyetmə tapılıb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Y.Yaqubov tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 2010-cu il təvəllüdlü Y.Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər. Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.
09:28
Gəncədə yeniyetmə itkin düşüb.
AzEdu.az xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər.
Müraciətlə bağlı Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.