Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. Bu mərhələdən sonra onlar müsahibələrə cəlb olunublar.
Bəs, görəsən, müsahibə mərhələsi nə zamana kimi davam edəcək?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi ilə əlaqə saxladıq.
Mərkəzdən bildirilib ki, sertifikasiyanın müsahibə mərhələsi oktyabrın 1-ci yarısına qədər davam edilməsi planlaşdırılır.