Azedu.az

Uşaqların qripə qarşı peyvəndi: Əks təsirləri var?

Xəbərlər

24 Sentyabr 2024, 10:23
Uşaqların qripə qarşı peyvəndi: Əks təsirləri var?

Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb. Lakin bir çox valideynlər övladlarını peyvənddən yayındırmağa çalışırlar. Səbəb olaraq da qeyd edirlər ki, peyvənd uşaqlarına zərər verir. 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova məlumat verib ki, ölkəyə xəstəliklərin, mövsüm qripinin artmasının qarşısını almaq və uşaq ölümlərinin sayını minimuma endirmək üçün peyvəndlər gətirilib:

 

“Bu proses poliklinikalarda icra olunur. Qrip virusu bəzən xalq arasında soyuqdəymə ilə səhv salınır, lakin bu virus sonda ağır fəsadlara səbəb ola bilər. Qrip virusunun elə bir özəlliyi var ki, bu virus hər il özünü yeniləyə bilir. Ona görə də davamlı olaraq virusun özəlliklərinə uyğun peyvəndlər istehsal olunur və tətbiq olunur”.

 

Pediatr peyvəndin yan təsirlərindən danışıb:

 

“6 aydan böyük körpələrin, 5 yaşa qədər uşaqların, bağçaya yeni başlayanların, buxar müalicəsi alan, allergik, ürək-damar, qan xəstəlikləri olan uşaqların və s. peyvənd olması tövsiyə olunandır. 

 

Yaxşı olardı ki, xəstəlikdən qorunmaq üçün peyvənddən öncə müayinə olunsun, daha sonra heç bir əks göstəriş yoxdursa, peyvənd edilməsi zəruridir. Bu məqamda həkimlər yumurta alergiyası olan uşaqlara xüsusi diqqət yetirməlidir. Lakin onu qeyd etmək lazımdır ki, qrip peyvəndinin yan təsirləri nadir hallarda yüngül hərarət, halsızlıq, ya da əzələ ağrısı kimi özünü göstərir. Həmin əlamətlər isə 6-12 saat ərzində aradan qalxır.

 

Ümumiyyətlə pandemiyadan sonra insanlarda peyvəndlərə qarşı tərəddüd, güvən əskikliyi yaranıb. Sosial mediada şişirdilmiş əlavə təsirlər və ya risklər haqqında yazılarla əlaqədar valideynlər peyvəndə qarşı ehtiyat edirlər".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox