AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
24 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
24 Sentyabr Beynəlxalq Dəniz günüdür:
BMT-nin və Dövlətlərarası Dəniz Məşvərəti Təşkilatı Assambleyasının 10-cu sessiyasının qərarı ilə 1978-ci ildən başlayaraq hər il sentyabr ayının sonuncu həftəsində Beynəlxalq Dəniz Günü qeyd olunur. Məqsəd su hövzələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və neft hasilatı nəticəsində çirklənmiş sulardan istifadənin qarşısını vaxtında almaq, bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin, onun bioresurslarının qorunması problemlərinə yönəltməkdir.
Qeyd edək ki, Yer kürəsinin 70 faizi su ilə örtülüb. Planetimizdəki biokütlənin isə 90 faizi su hövzələrinin payına düşür.
24 sentyabr 1993-cü ildə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (daxil olub:
Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.
Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamə Fuad Salayev 24 sentyabr 1943-cü ildə anadan olub.
24 sentyabr 1852-ci ildə ilk hava gəmisi (dirijabl) havaya qalxıb. İlk uçuşu fransız ixtiraçı Henri Giffard reallaşdırıb. Uçuş Parisdən 27 km aralıdakı Trappesə həyata keçirilib