Azedu.az

Deputatdan TƏNQİD: “Uşaqların ünsiyyət vasitəsi dilsiz əşyalardır”

Xəbərlər

23 Sentyabr 2024, 15:41
Deputatdan TƏNQİD: “Uşaqların ünsiyyət vasitəsi dilsiz əşyalardır”

“Telefonlar, sosial şəbəkələr uşaqların zehni inkişafına mane olur".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva qeyd edib.

 

Bildirib ki, valideynlərin uşaqlarını həddindən artıq populyar edib, paylaşması doğru deyil:

145643

“Hər bir valideynin müstəsna hüququdur ki, övladının hansısa uğurunu əbədiləşdirib, nümayiş etdirsin. Bu prosesə müdaxilə etmək mümkün deyil. Sadəcə sözügedən mövzuda diqqətli olmalıdırlar. Uşağı həddindən artıq populyar etməyə çalışmaq, hansısa uğurunu olduğundan artıq paylaşmaq və s. etik çərçivəni pozur. Yəni valideyn övladının digər uşqlardan daha üstün olduğunu göstərməyə çalışır. Bu isə qarşı tərəfə mənəvi zərər verə bilər. Ona görə də bu kimi halların yaşanması qəbuledilməzdir. 

 

Düzdür, uşaqların uğurlarını paylaşmaq onlara müəyyən dərəcədə motivasiya verir. Hər bir insanın stimula ehtiyacı var”.

 

Deputat qeyd edib ki, uşaqların həddindən artıq sosial şəbəkələrdən istifadə etməsi onları uçuruma aparır:

 

“Uşaqların sosial platformalardan rahatlıqla istifadə edə bilməsi dünyanın bəlalarından biridir. Biz dəfələrlə bununla bağlı müzakirələr aparmışıq. Azyaşlılar üçün sosial mediaların bloklanması və ya günün müəyyən saatlarında məşğul ola bilmələri daha məqsədəuyğun olar. 


Asudə vaxtlarını daha çox idmana, incəsənətə, dostlarına ayırdıqları təqdirdə, bu, onlar üçün daha faydalı olacaq. Əks təqdirdə uşaqlarda özünə qapanma yaranır. Bilirsiniz ki, son vaxtlar autizm xəstəliyi həddindən çox artıb. Çünki uşaqların rabitə, ünsiyyət vasitəsi dilsiz əşyalar olmağa başlayıb. Bu zaman onlar zehni inkişafdan geri qalırlar. Hətta yeni doğulmuş körpələr belə telefona can atır. Uşaqların daha intellektual, torpağına, Vətəninə bağlı olması üçün klassik təhsil və maarifləndirilmə üsullarına qayıtmalıyıq”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox