Azedu.az

Psixoloq: Erkən evliliklər boşanmaların sayını artırır

23 Sentyabr 2024, 13:42
Psixoloq: Erkən evliliklər boşanmaların sayını artırır

Boşanmaların sayı günü-gündən artmaqdadır. Bunun müxtəlif səbəbləri var. Lakin müşahidələr onu göstərir ki, erkən yaşda evliliyə cəlb olunanlar arasında boşanma statistikası daha çoxdur.

 

Bəs, görəsən, erkən nikahların qarşısı alındıqdan sonra boşanmaların faizi nisbətən azala bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, erkən nigahların qarşısı alınarsa, bu boşanma faizinin aşağı düşməsinə təsir edə bilər.

145624

“Bu cür erkən nigahlarda boşanma səbəbi isə erkən yaşda, hələ tam həyatı dərk etməmiş, özünü tapmamış, nə istədiyini tam olaraq bilməyən 2 fərdin ailə qurmağa çalışmasıdır. Bu proses tərəflər üçün ilk başlarda çox həyəcanlı və maraqlı ola bilər. Amma zamanla yorucu olacaqdır. Çünki şəxsiyyət olaraq inkşaf etmək fərdi bir prosesdir və zaman lazımdır. Bunu bir partnyorla bacarmaq paradokslara səbəb ola bilər. Zamanla münaqişələr yarada bilər.

 

Sağlam evlilik üçün həm qadın, həm də kişilər üçün standart bir yaş demək olmur. Çünki insanlar yaşlarına əsasən yox, yaşadıqları həyatlarına əsasən olğunlaşırlar və şəxsiyyət olaraq inkşaf edirlər. Ona görə də emosional və intellekt cəhətdən inkşaf etmiş, nə istədiyini bilən bir insan artıq ailə həyatı qura bilər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox