Bakı şəhərində yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AzEdu.az -a bildirilib ki, Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada muxtar respublika Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin 6 şagird və 3 mentordan ibarət komandaları da iştirak edib. ️Yarışın yekun nəticəsinə əsasən mərkəzin ROGER adlı komandası RoboSports kateqoriyası üzrə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, komandanın üzvləri - Tayfun İmanlı, Məhəmmədəli Məmmədov və Ələkbər Əliyevdir.