Azedu.az

Binanın uçması nəticəsində iki azyaşlı həyatını itirib

22 Sentyabr 2024, 16:01
Binanın uçması nəticəsində iki azyaşlı həyatını itirib

İtaliyanın Neapol əyalətinin Saviano şəhərində iki mərtəbəli bina təbii qazın partlayışı nəticəsində uçub.

 

AzEdu.az AZƏRTAC-a istinadən  xəbər verir ki, partlayış binanın ikinci mərtəbəsində baş verib. Əraziyə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb olunub.

Tikilinin çökməsi nəticəsində 6 nəfər dağıntılar altında qalıb.

 

Xilasetmə qrupları tərəfindən iki nəfər dağıntılar altından sağ çıxarılıb. Onlar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağırdır.

Dağıntılar altından iki azyaşlının cəsədi çıxarılıb. Hazırda iki nəfərin axtarışları davam edir.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox