Azedu.az

Dövlət qulluğu:132 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM)

20 Sentyabr 2024, 14:23
Dövlət qulluğu:132 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 sentyabr 2024-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il avqustun 21-dən sentyabrın 13-dək aparılıb və bu müddət ərzində 132 namizəd qeydiyyatdan keçib. 

 

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox