Azedu.az

“Həmin müəllimin işdən çıxarılması doğru addımdır”

19 Sentyabr 2024, 16:38
“Həmin müəllimin işdən çıxarılması doğru addımdır”

“Hər hansısa bir müəllim tədris etdiyi sinfi məktəbdən kənar bir yerdə tədris prosesinə cəlb etməyi arzulayırsa, bunu məktəb rəhbərliyinə yazılı ərizə formasında müraciət etməlidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirərkən qeyd edib.

 

Ekspert bildirib ki, müəllim qətiyyən yalnış addım atıb:

 

“Hesab edirəm ki, müəllim qətiyyən yalnış addım atıb. Çünki “Təhsil haqqında”qanunda elə bir qayda yoxdur ki, müəllim məktəb rəhbərliyindən icazəsiz sinfi məktəbin həyətində və ya məktəbin inzibati binasından kənarda aparıb tədris prosesinə cəlb etsin. Yəni belə bir qayda yoxdur.

 

Əgər təhsilverən ona verilən dərs saatdında mövzunu işləməyib, başqa bir mövzuya meyillənirsə, bu ya şou göstərməkdir, ya da məktəb rəhbərliyinə etiraz aksiyasıdır”.

 

R.Nurəliyev vurğulayıb ki, bir müəllim sinfi məktəbdən kənar bir yerdə tədris prosesinə cəlb etməyi arzulayırsa, bunu məktəb rəhbərliyinə yazılı ərizə formasında müraciət etməlidir:

 

“Məktəb rəhbərliyi əgər edilən müraciətə müsbət baxarsa, o zaman müəllim məktəbin inzibati binasından şagirdləri çıxara bilər.

 

Dərsin başqa yerdə keçirilməsi ilə bağlı nə belə bir hüquq, nə də ki, qanun yoxdur. Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin, eləcə də direktorun atdığı addım doğru addımdır. Çünki bu proses qəbuledilməzdir və “Təhsil haqqında” qanununa ziddir”.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox