Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi (analıq məzuniyyətində olan işçinin yerinə) vəzifəsi üzrə vakansiya elan olunub.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Struktur bölmənin (struktur vahidin) adı: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektoru
Vəzifənin adı: Məsləhətçi (analıq məzuniyyətində olan işçinin yerinə)
Qulluq funksiyaları:
• Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək
• Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq
• Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq
• Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək
• Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək
• Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq
• Səriştə əsaslı müsahibələri keçirmək
• İngilis dilindən mətnləri tərcümə etmək
Vəzifənin tutulma şərtləri:
Təhsilə dair tələblər: psixologiya, menecment, insan resurslarının idarə edilməsi
İş stajına dair tələblər: –
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office
Xarici dil biliklərinə dair tələblər: İngilis dili B2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 3 oktyabr 2024-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.