Azedu.az

“Tarixdə bu gün” - 19 sentyabr...

19 Sentyabr 2024, 09:13
“Tarixdə bu gün” - 19 sentyabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

19 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan  Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı:

 

Azərbaycan Müdafiə Nazirliyinin "Antiterror əməliyyatı" adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə DİN-in polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu "Azərbaycanın ermənilərə qarşı təcavüzü" adlandırdı.

 

24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahl qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir.

 

Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələri 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı.

 

19 sentyabr 1992-ci ildə görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida  İmanquliyeva vəfat edib:

 

O, bir müddət  Azərbaycan AMEA Şərqşünaslıq İnstitutunun direktoru olub.

 

19 sentyabr 1995-ci ildə SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyev vəfat edib:

 

O, bir sıra mahnıların, operettaların (“Romeo mənim qonşumdur”, “Dördüncü fəqərə”, “Yol ayrıcında”, “Ordan-burdan”) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 

 

60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

 

1935-ci ilin 19 sentyabr tarixindә Almaniyanın nasist rәhbәrliyi yәhudilәrin dövlәt sektorunda işlәmәsini qadağan edib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox