Azedu.az

“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb

Xəbərlər

18 Sentyabr 2024, 16:20
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb

Gənclər Fondunun maliyyə dəstəyi, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin tərəfdaşlığı ilə İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində “Astarada Gənc Turizmçilərin İnkişaf Proqramı” layihəsi üçün gənclərə turizmin mövcud vəziyyəti, perspektivləri və bələdçiliklə bağlı təlim proqramının sonuncu günü uğurla yekunlaşıb. 

 

AzEdu.az xəbər verir ki, hər il yüzlərlə yerli və xarici turist rayonu gəzmək üçün gəlir. Layihənin əsas məqsədi cənub bölgəsində yaşayan gənc nəslin daha da maariflənməsi və bələdçiliklə bağlı biliklərə yiyələnməsidir.

 

Təlim proqramı Lənkəran Regional Turizm İdarəsinin təlim üzrə əməkdaşı böyük məsləhətçi Yunus Nəcəfov tərəfindən həyata keçirilib. Sonda iştirakçılar sertifikatla qiymətləndirilib. 

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox