Azedu.az

“Tarixdə bu gün” - 18 sentyabr...

Maraqlı

18 Sentyabr 2024, 08:57
“Tarixdə bu gün” - 18 sentyabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

18 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

18 sentyabr Milli Musiqi Günüdür:

 

Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında keçirilir.

 

Bu il Ü.Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Bu əlamətdar gün ilə əlaqədar Bakıda və ölkəmizin müxtəlif bölgələrində tədbirlər keçirilir.

 

 

18 sentyabr  Ümumdünya Su Monitorinqi Günüdür:

 

Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib və həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir.

 

 

18 sentyabr 1885-ci ildə  bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli dünyaya gəlib:

 

Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir ("Leyli və Məcnun", 1908).

 

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası isə (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir.

 

O müxtəlif imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. 1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

 

 

18 sentyabr 1885-ci ildə Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri, məşhur bəstəkar Müslüm Maqomayev anadan olub:

 

1988-ci ilin bu günündə daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) vəfat edib (1906-1988). Şeirlərini Azərbaycan və fars dillərində yazıb. M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydər babaya salam" poeması olub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox