Azedu.az

Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO

Xəbərlər

Məktəblər

Tələbə və şagird

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

16 Sentyabr 2024, 10:27
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132 mindən çox şagird qəbul olunub.

AzEdu.az Redaktor.az-a istinadən xəbər verir ki, bu gün birinci sinfə gedənlər arasında jurnalist övladları da var. 

İlk dəfə məktəb həyatına qədəm qoyan həmin birincilərin fotoşəkillərini təqdim edirik:

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin oğlu Əziz Bakı Slavyan Universitetinin nəzdindən məktəb-lisey kompleksində təhsil alacaq.

İctimai Televiziyanın əməkdaşı Valeh Dadaşovun oğlu Fateh də builin birincilərindəndir.

Ölkə.az saytının baş redaktoru Samir Mirzə ilə bizimyol.info saytının əməkdaşı Leyla Mirzənin övladları Ümid Mirzə-zadə də bu gün birinci sinfə qədəm qoyub. O, 100 nömrəli məktəbin şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyan sinifində təhsil alacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun oğlu da birincilər sırasındadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin oğlu da bu ilin birincilərindəndir.

Manset.az saytının təsisçisi Əli Vəliyevin qızı Rəna da birincilər sırasındadır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox