Azedu.az

Siyəzəndə 400 şagirdin oxuduğu məktəb bağlanıb

Məktəblər

Tələbə və şagird

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

14 Sentyabr 2024, 09:12
Siyəzəndə 400 şagirdin oxuduğu məktəb bağlanıb
Siyəzən rayonunun Vüqar Qasımov adına Yenikənd kənd tam orta məktəbi bağlanıb.

AzEdu.az Xezerxeber.az-a istinadən xəbər verir ki,sakinlər 400 şagirdin təhsil aldığı məktəbin altı ay əvvəl fəaliyyətinin dayandırılmasından narazıdırlar.

Onlar bildirirlər ki, təhsil ocağı aylardır təmirə dayandırılsa da, heç bir iş aparılmayıb. Bu il də 400 şagird təhsilini davam etdirmək üçün qonşu kəndlərə getmək məcburiyyətində qalacaqlar.

Sakinlər, həmçinin kənddə modul tipli məktəb quraşdırılacağı barədə eşitdiklərini, amma bu barədə də heç bir məlumat ala bilmədiklərini bildirirlər.

Sakinlərin narazılığı ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov bildirib ki, məktəbdə mövcud vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və yaxın vaxtlarda təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə şagirdlər yaxınlıqdakı məktəblərə yerləşdiriliblər və onların nəqliyyat vasitəsilə həmin təhsil müəssisələrinə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox