Azedu.az

Birinci kurs tələbələri BMU ilə tanış olublar

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

13 Sentyabr 2024, 14:10
Birinci kurs tələbələri BMU ilə tanış olublar

Bakı Mühəndislik Universitetində (BMU) yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs tələbələri ilə keçirilən tanışlıq görüşləri sentyabrın 13-də davam etdirilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, növbəti görüşlər inşaat və memarlıq, informasiya və kompüter texnologiyaları, həmçinin iqtisadiyyat və idarəetmə fakültələrində təşkil olunub. Fakültələrin rəhbərliyi tərəfindən tələbələrə BMU-nun maddi-texniki bazası, strukturu, tədris prosesi, eləcə də tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, tələbə gənclər təşkilatları və klublar haqqında ətraflı məlumat verilib.

Görüşlərdə universitetdaxili nizam-intizam qaydaları ilə bağlı zəruri informasiyalar və prosedurlar da tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox