Azedu.az

DİM-də İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Sentyabr 2024, 16:20
DİM-də İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib

11 sentyabr 2024-cü il tarixində DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təqdimat nümayiş etdirilib. 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təlim iştirakçılarına etik davranış qaydaları, həmin qaydaların tətbiqi məsələləri ilə bağlı nümunələr, pozuntu hallarında intizam məsuliyyətinə cəlb edilmə şərtləri, etik müvəkkil anlayışı, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin əsasları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox