Azedu.az

Son beş ildə 600-dən çox uşaq övladlığa verilib

Məktəblər

Universitetlər

Maraqlı

9 Sentyabr 2024, 12:14
Son beş ildə 600-dən çox uşaq övladlığa verilib

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bu günədək Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 622 uşaq övladlığa verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.

 

Qeyd edilib ki, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir:

 

"Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib".

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox