Azedu.az

Sertifikasiya: Xaric dil müəllimləri müsahibəyə bu dildə CƏLB OLUNACAQ  

Maraqlı

Müəllimlər və elm adamları

9 Sentyabr 2024, 10:13
Sertifikasiya: Xaric dil müəllimləri müsahibəyə bu dildə CƏLB OLUNACAQ  

Xəbər verdiyimiz kimi, bu gündən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə dair meyarlar içərisində proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə bacarığı, özünü təqdimetmə bacarığı, pedaqoji prosesi təşkiletmə bacarığı və ünsiyyət bacarığı yer alır. 

 

Sertifikasiyanın test mərhələsində uğur qazanmış (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) üzrə müəllimlər müsahibə mərhələsinə cəlb olunacaqlar.

 

Bəs, görəsən, xarici dil müəllimləri tədris etdikləri fənn dilinə uyğun müsahibələrə cəlb olunacaq?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

 

Nazirilikdən sorğumuza cavab olaraq bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində xarici dil fənn müəllimlərinin tədris etdikləri dil üzrə müsahibəyə cəlb olunması nəzərdə tutulmayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox