Azedu.az

Məktəbdə atışma, şagird qətlə yetirilib

7 Sentyabr 2024, 09:00
Məktəbdə atışma, şagird qətlə yetirilib

ABŞ-ın Merilend ştatının Coppa şəhərində yerləşən məktəblərin birində baş verən atışma nəticəsində bir yeniyetmə ölüb.


AzEdu.az xəbər verir ki, bu barədə “ABC” televiziyası Harford dairə polisinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, məktəb binasındakı tualetlərdən birində mübahisə baş verib, nəticədə bir şagird (16 yaşlı – Qeyd) digərini odlu silahla ağır yaralayıb.

 

Bundan sonra o, tələsik təhsil müəssisəsini tərk etsə də, bir neçə dəqiqə ərzində yaxınlıqda polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Xəstəxanaya yerləşdirilən 15 yaşlı yaralı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox