Azedu.az

DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Sentyabr 2024, 14:14
DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

3 – 6 sentyabr 2024-cü il tarixlərində Türkiyənin Eskişehir şəhərində “9-cu Təhsil və Psixologiyada Ölçmə və Qiymətləndirmə Konfransı” keçirilib. “Kompüter adaptiv testlərdəki yeniliklər və süni intellektin ölçmə və qiymətləndirmədə tətbiqləri” mövzusunda təşkil olunan konfransda DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov, Orta təhsil üzrə şöbənin müdiri Murad Əliyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov iştirak ediblər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, təhsil və Psixologiyada Ölçmə və Qiymətləndirmə Dərnəyinin (EPODDER) təşkilatçılığı ilə Anadolu Universitetində keçirilən konfransın məqsədi mövcud süni intellekt modellərinin təhsil və psixologiyada ölçmə və qiymətləndirmə sahəsinə töhfələrini aşkar etmək, ölçmə nəzəriyyəsi və metodologiyasında və kompüter adaptiv test tətbiqlərindəki yenilikləri müzakirə etmək olub.

 

Konfrans çərçivəsində DİM-in nümayəndə heyəti DİM-in inkişaf yolu, fəaliyyət istiqamətləri, nailiyyətləri və təcrübələrinə həsr olunmuş “Azerbaycan Cumhuriyeti Devlet Sınav Merkezi Gelişim, Deneyim ve Uygulamalarını Paylaşıyor” adlı xüsusi panel sessiyada təqdimatlarla çıxış ediblər.

 

Tükiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM), Milli Təhsil Nazirliyinin (MEB) və Dövlət İmtahan Mərkəzinin nümayənədlərinin iştirakı ilə keçirilən “Sınırları Aşmak: Türk Devletleri Test Merkezlerinin Uluslararasılaşması” adlı panel sessiyadan sonra DİM-in nümayəndə heyəti ilə ÖSYM, MEB və EPODDER nümayəndələri arasında türk dövlətlərinin qiymətləndirmə təşkilatlarının təcrübə mübadiləsi, həyata keçirilə biləcək birgə layihələr və digər gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Konfrans haqqında ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür: //kongre.epodder.org 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox