Azedu.az

ARTİ vakansiya elan edir

Maraqlı

Elm və Təhsil Nazirliyi

3 Sentyabr 2024, 09:34
ARTİ vakansiya elan edir

ARTİ-nin Metodik xidmət proqramları və standartları şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir. 



Tələblər:


• Pedaqoji ixtisas üzrə ali təhsil;
• Statistik təhlil üzrə biliklər;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı;
• Analitik və strateji düşünmə, problem həlletmə bacarığı;
• Layihələri idarəetmə bacarığı;
• Fərdi və komanda mühitində işləmək bacarığı;
• Təşəbbüskarlıq.

 

Vəzifə öhdəlikləri:


• Təhsillə bağlı tədqiqatların statistik təhlilinin aparılması;
• Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında iştirak;
• Metodik xidmət proqramlarının hazırlanmasında iştirak;
• Şöbənin icra etdiyi digər fəaliyyətlərdə iştirak.

 

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

 

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mütəxəssis” qeyd edərək 23 sentyabr 2024-cü il tarixinə kimi [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox