Azedu.az

İsveç hökuməti məktəblərdə smartfonları qadağan edir  

Məktəblər

Maraqlı

3 Sentyabr 2024, 09:13
İsveç hökuməti məktəblərdə smartfonları qadağan edir  

2 yaşadək uşaqlar heç bir halda mobil telefon və ya planşetlə təmasda olmamalıdırlar.

 

AzEdu.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə İsveç Səhiyyə Nazirliyinin bəyanatında bildirilir. Qurumdan bildirilib ki, 2-5 yaş arası uşaqlar üçün bu avadanlıqlardan istifadə müddəti gündəlik maksimum 1 saat olmalıdır.

 

Səhiyyə naziri Yakob Forsmed bildirir ki, yeniyetmələr dərsdən xaric gündə orta hesabla 6 saat 30 dəqiqə telefon və ya planşet qarşısında vaxt keçirirlər. Bu da idmana, aktiv istirahətə sərf olunan vaxtın ciddi şəkildə azalması ilə nəticələnir, yuxusuzluq və digər depressiyaların yaranması ilə nəticələnir.

 

Nazirlik məktəblərdə smartfonları qadağan etməyə dair plan hazırlayır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox