Azedu.az

Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB

Məktəblər

3 Sentyabr 2024, 09:11
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB

Çində məktəb avtobusu qəza törədib, 11 nəfər ölüb, 13 nəfər yaralanıb.

 

Bu barədə "Xinhua" məlumat yayıb.

 

Çinin şərqindəki Şandun əyalətinin Tayan şəhərində sürücünün məktəb avtobusunu məktəbin qarşısında izdihamın üzərinə sürməsi nəticəsində 5-i şagird olmaqla, 11 nəfər ölüb, 13 nəfər müxtəlif xəsarətlər alıb.

 

Sürücü saxlanılıb.

 

Araşdırma aparılır.

 

08:47

 

Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi xəbər yayıb.

 

Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üstünə çıxıb.

 

Agentlik hələ ölən və yaralananların sayı barədə dəqiq məlumat verməyib.

 

Hadisənin səbəbləri açıqlanmır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox