Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov dünən keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən qalib gəlib.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən o, 51 saylı Şirvan seçki dairəsi üzrə namizədliyini irəli sürüb.
Xatırladaq ki, Konstitusiyanın 85 və 89-cu maddələrinə əsasən dövlət orqanlarında vəzifə tutan və ödənişli əsaslarla çalışan, kommersiya və sahibkarlıqla məşğul olan şəxslərin deputat olması qanunla qadağandır.
Belə olduğu halda, rektorun deputat mandatı ilə əlaqədar vəzifədən gedəcəyi gözlənilir.