Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
AzEdu.az xəbər verir ki, ilkin siyahıda yer alan 125 nəfərdən 39-u VII çağırışın yeni deputatlarıdır.
Onlardan biri də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva 44 saylı Sumqayıt üçüncü seçki dairəsinə deputat seçilib.
Qeyd edək ki, Mehriban Vəliyeva əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsində çalışıb.