AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
2 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
2 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdı:
Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak oldu. Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatdı.
2 sentyabr 1942-ci il tarixində alman hərbi dəstələri Varşava Gettosu üsyanının qarşısını 50 min yəhudini qətlə yetirərək aldı.
1968 – Azərbaycanın Milli Qəhrəmanı Müslümov Valeh Əlizaid oğlu sentyabrda Lerik rayonunda doğulub:
1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır.
1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır. 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir.
1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.
2 sentyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub:
Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulub. O, 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirib.. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.
Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşub
1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.
1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Pprezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.