Azedu.az

Parlament seçkilərinə namizəd olan TƏHSİL ADAMLARI

Maraqlı

1 Sentyabr 2024, 14:17
Parlament seçkilərinə namizəd olan TƏHSİL ADAMLARI

Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, namizədlər sırasında təhsil adamları da yer tutur. 

 

Belə ki, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva,  Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyev, Sumqayıt Dövlət Universitetinin prorektoru Naib Hacıyev, UNEC-in “Menecment” kafedrasının professoru Rövşən Muradov, 80 saylı tam orta məktəbin tarix müəllimi, “Örnək müəllim" Aytən Sərdarlı və Siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin  "Jurnalistika" kafedrasının müdiri Vüqar Rəhimzadə deputatlığa namizədliyini irəli sürüblər.

 

Qeyd edək ki, həm rektor, həm də deputat olan yeganə şəxs - Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin adı YAP-ın namizədləri siyahısında yoxdur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox