Azedu.az

Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını dörd medalla başa vurublar

1 Sentyabr 2024, 09:26
Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını dörd medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatını dörd medalla başa vurublar.

 

AzEdu.az- ın verdiyi məlumata  görə, son olaraq tatamiyə çıxan Sübhan Axundov (+90 kq) ilk görüşündə məğlub olub.

 

Daha əvvəl Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) dünya çempionu olublar. Məhəmmədəli Hüsiyev (50 kq) və Mehdi Abbasov (81 kq) bürünc medal qazanıblar.

 

Azərbaycan millisi medal sıralamasında yalnız Yaponiyadan (2 qızıl, 1 gümüş) geri qalaraq ikinci olub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox