Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 80 məzun Qarabağ Universitetinə qəbul olub.
Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən 10 nəfər 600-dən çox, 27 nəfər 500-600 arası, 28 nəfər 400-500 arası, 14 nəfər isə 300-400 arası bal toplayaraq Qarabağ Universitetinə qəbul olub.