Azedu.az

“Zamanla tələbələr üçün güzəşt imkanları artacaq”

30 Avqust 2024, 15:07
“Zamanla tələbələr üçün güzəşt imkanları artacaq”

Bir çox ölkələrdə tələbələr üçün vahid kart sistemi mövcuddur. Tələbələr bu kart sayəsində ictimai nəqliyyat da daxil olmaqla, bir sıra xidmət sahələrindən ya pulsuz, ya da güzəştlə istifadə edə bilirlər.

 

Azərbaycanda Təhsilin İnkişafı Fondu (TİF) Kapital Bank və “Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən yaradılacaq “TələbəPlus” kartları da bu qəbildəndir. Lakin qurum tərəfindən bir çox sahələr üzrə güzəştlərin olacağı vurğulansa da, nəqliyyat barədə dəqiq məlumat verilməyib.

 

Bəs, görəsən, tələbələrə nəqliyyat ilə bağlı hansısa güzəştlər tətbiq oluna bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az -a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

Bildirib ki, tələbələr üçün bir çox sahədə güzəştlərin edilməsi planlaşdırılır:

 

“Əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən tələbə kartları sosial vəziyyəti yaxşı olmayan şəxslərə müəyyən güzəştlər yaradacaq. Vahid tələbə kartı ideasını reallaşdırmaq üçün Təhsilin İnkişafı Fondu tərəfindən irəli sürülən təşəbbüs təqdirəlayiqdir. Burada müxtəlif xidmətlərin mövcud olması üçün yəqin ki, imkanlar yaradılacaq.

 

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov ilə bu barədə müzakirələr aparmışıq. Bilirəm ki, onun kifayət qədər müasir və yeni ideaları var. Bunların realaşmasını biz növbəti mərhələdə görə biləcəyik”.

 

Sədr qeyd edib ki, tələbələrin rifahı üçün digər qurumlar da dəstək göstərməlidir:

 

“Məsələn, nəqliyyat vasitələrində güzəştlərlə bu sahəyə məsul qurumlar, özəl şirkətlər dəstək göstərməlidir. Kartın əhatə dairəsini genişləndirmək hüdudsuzdur. Elm və Təhsil Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) bu kartlarda daha çox xidmətlərin mövcud olmasına hər zaman maraqlı olub. Kartların hazırlanması, istifadəyə verilməsi ilə bağlı Fond əməkdaşlığa açıqdır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox