Azedu.az

Şəkidəki bu məktəbin fəaliyyəti DƏYİŞDİ

Region təhsili

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

30 Avqust 2024, 12:13
Şəkidəki bu məktəbin fəaliyyəti DƏYİŞDİ
Şəki şəhər 6 nömrəli tam orta məktəb yenidən təşkil edilərək fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcəkdir.
 
AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühiti təmin etməkdir. Yenidən təşkil edilən məktəbdə şagirdlərin tam orta təhsil səviyyəsində uğur qazanmaları üçün mükəmməl şərait və müasir tədris metodları ilə təmin olacaq.
 
Məktəbdə tədris prosesi şagirdlərin maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təmayül tədris planları əsasında təşkil ediləcək. Bu tədris planları şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnmələrinə və gələcəkdə ixtisas seçimi üçün daha yaxşı hazırlanmasına kömək edəcək. Eyni zamanda burada tədris prosesini həyata keçirən pedaqoji heyət yüksək akademik göstəricilərə malik, təcrübəli və peşəkar müəllimlər arasından seçiləcək.
 
Məktəbə şagirdlərin qəbul qaydaları, tədris prosesinin xüsusiyyətləri və digər vacib məlumatlar barədə ətraflı məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
 
 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox