Azedu.az

“Bülbül Vokal Məktəbi”nə yeni tələbələrin seçimi yekunlaşıb  

Məktəblər

Maraqlı

30 Avqust 2024, 10:59
“Bülbül Vokal Məktəbi”nə yeni tələbələrin seçimi yekunlaşıb  

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün ənənələrini davam etdirən “Bülbül Vokal Məktəbi” yeni tələbələrin seçimini edib.

 

AzEdu.az xəbər verir ki, Əməkdar artist Ramil Qasımovun yaratdığı məktəbdə təhsil almaq üçün müraciət etmiş 367 nəfərdən 35-i növbəti mərhələyə buraxılıb.

 

Dinləmə zamanı yeni tədris ili üçün namizədlərdən 11 tələbə seçilib.

 

Bülbül Vokal Məktəbinin növbəti tədris ili üçün elan etdiyi müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Zaqatala, Mingəçevir, Şəki) iştirakçılar müraciət edib.

 

Qeyd edək ki, artıq bir ildir ödənişsiz əsaslarla fəaliyyət göstərən məktəbin tələbələri bir sıra konsert proqramlarında, festivallarda çıxış ediblər. Həmçinin məktəbdə təhsil alan bir sıra üzvlər bu il tələbə adını qazanıblar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox