Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanının nəticələri elan olunub.
Builki statistikaya əsasən abituriyentlərin çoxu yüksək bal toplayıb.
Bəs, görəsən, regionlar üzrə 600-dən yuxarı bal toplayan neçə nəfər abituriyent var?
AzEdu.az Təhsil Portalı olaraq Mərkəzi Aran Regional Təhsil İdrəsinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, regional idarə üzrə 123 nəfər 600-dən çox bal toplayıb.
“Onlardan 13 nəfər Ağdaş rayonundan, 29 nəfər Göyçay, 12 nəfər Kürdəmir,39 nəfər Mingəçevir 7 nəfər, Ucar, 15 nəfər Yevlax, 8 nəfər isə Zərdab rayonundandır”.