Azedu.az

Şəki-Zaqatala bölgəsi üzrə 196 nəfər 600-dən çox bal TOPLAYIB  

Məktəblər

Maraqlı

Araşdırma

29 Avqust 2024, 15:52
Şəki-Zaqatala bölgəsi üzrə 196 nəfər 600-dən çox bal TOPLAYIB  

Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanının nəticələri elan olunub.

 

Builki statistikaya əsasən abituriyentlərin çox faizi yüksək bal toplayıb.

 

Bəs, görəsən, regionlar üzrə 600-dən yuxarı bal toplayan neçə nəfər abituriyent var?

 

AzEdu.az Təhsil Portalı olaraq Şəki-Zaqatala Regional Təhsil İdrəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, regional idarə üzrə 196 nəfər 600-dən çox bal toplayıb.

 

“15 nəfər Balakən rayonundan, 29 nəfər Zaqatala, 17 nəfər Qax, 71 nəfər Şəki, 11 nəfər Oğuz, 53 nəfər isə Qəbələ rayonu üzrə 600-dən çox bal toplayıb. Bu il ümumilikdə 2551 nəfər ali təhsil müəssisəsinə qəbul olunub.

 

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunu Zərifə İlyasova göstərib.

 

O, I ixtisas qrupu üzrə imtahanlarda 700 bal toplayıb.

 

Zaqatala rayonu üzrə isə ən yüksək nəticəyə Zaqatala rayonu Musa Musayev adına Dağlı kənd tam orta məktəbin məzunu Fəxri Orucov nail olub.

 

O, 689 bal toplayıb.

 

Digər rayonlar üzrə ən yüksək nəticəni Balakən A.Novruzov adına Humanitar və texniki təmayüllü liseyinin məzunu Ülvi İbadov (683), Qəbələ rayonu Həmzəli kənd tam orta məktəbin məzunu Elşən Yusibov (682 bal), Qax rayon Almalı kənd tam orta məktəbin məzunu Nihad Mahmudzadə (671 bal), Oğuz rayon Bucaq kənd tam orta məktəbin məzunu Fəridə Rəşidzadə (668 bal) göstəriblər.

 

İdarədən əlavə olaraq bildirilib ki, 2023-2024-cü tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 576 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib".

 

Ümumi orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı:

 

- Balakən: 27

- Zaqatala: 36

- Qax: 11

- Şəki: 54

- Oğuz: 13

- Qəbələ: 35

 

Tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı:

 

- Balakən: 36

- Zaqatala: 92

- Şəki: 118

- Qax: 35

- Oğuz: 19

- Qəbələ: 100

 

Qızıl nişan sahibləri:

 

- Balakən: 1

- Zaqatala: 1

- Şəki: 2

- Qəbələ: 2.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox